Saatlı rayonunda yanğın hadisəsi baş verib

Saatlı rayonunda yanğın hadisəsi baş verib
# 21 may 2013 19:44 (UTC +04:00)

Bakı-APA. Saatlı rayonunda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, Saatlı rayonu, Qara Nuru kəndində (rayon mərkəzindən 27 km aralı) ümumi sahəsi 16 kv.m olan köməkçı tikilinin tavanı, yaxınlıqda olan 2 ədəd elektrik dirəyi və gücü 530 kVt olan transformatorun yağ radiatoru yanıb.

Transformatorun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR