TN: Özəl ümumi təhsil müəssisələrində yoxlamaların aparılması nəzərdə tutulmayıb

TN: Özəl ümumi təhsil müəssisələrində yoxlamaların aparılması nəzərdə tutulmayıb
# 07 oktyabr 2013 14:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu tədris ili ərzində akkreditasiya keçiriləcək təhsil müəssisələrinin siyahısı müəyyənləşdirilməyib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydaların 4.3-cü bəndinə əsasən lisenziya almış hüquqi və fiziki şəxslərin fəaliyyətinin lisenziya tələblərinə və şərtlərinə uyğunluğunun yoxlanılması nəzərdə tutulur. Hazırda özəl ümumi təhsil müəssisələrində nazirlik tərəfindən yoxlamaların aparılması nəzərdə tutulmayıb.

Təhsil Nazirliyi Azərbaycanın mövcud qanunvericiliyinə görə, ölkədə dövlət və özəl təhsil müəssisələri ilə yanaşı, bələdiyyə məktəblərinin də yaradılması məsələsinə aydınlıq gətirib. Bildirilib ki, Azərbaycanda bələdiyyə məktəblərinin yaradılması ilə bağlı Təhsil Nazirliyinə müraciət daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR