Vladimir Putin: “Cenevrə razılaşmasının icrası İranın nüvə məsələsinin həlli üçün şərait yaradır”

Vladimir Putin: “Cenevrə razılaşmasının icrası İranın nüvə məsələsinin həlli üçün şərait yaradır”
# 16 yanvar 2014 14:35 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Cenevrə razılaşmasına uyğun olaraq Birgə Fəaliyyət Planının icrasının İranın nüvə məsələsini həll etmək üçün bir fürsət olduğuna inanıram”.

APA - nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin bu gün Kremldə xarici ölkələrin yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edərkən deyib.

Onun sözlərinə görə, İranla “altılıq” ölkələri arasında Birgə Fəaliyyət Planının həyata keçirilməsi İranın nüvə məsələsinin tam həlli üçün şərait yaradır: “Bu plan İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında dinc məqsədli nüvə enerjisindən yararlanması üçün hüquqlarını təmin edəcək. Biz inanırıq ki, qarşılıqlı səylərlə regionda və beynəlxalq arenada mühüm məsələlərin həlli üçün yollar tapa bilərik”.

V. Putin həmçinin deyib ki, İran və Rusiya arasındakı münasibətlər yaxşıdır: “Biz İran prezidenti Həsən Ruhani və bu ölkənin digər rəsmiləri ilə ikitərəfli əlaqələr, Suriya və Əfqanıstandakı vəziyyət, İranın nüvə proqramı ilə bağlı səmərəli danışıqları davam etdiririk. Rusiya və İran arasındakı əlaqələrin potensialı çox böyük olsa da, ancaq hələ tam istifadə olunmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR