Azərbaycan millisi dünya kubokunun yarımfinalına çıxıb

Azərbaycan millisi dünya kubokunun yarımfinalına çıxıb
# 10 iyul 2013 20:41 (UTC +04:00)

Bakı-APA. Ölkəmizdə keçirilən hərbçilər arasında I dünya kuboku davam edir. Apasport.az saytının məlumatına görə, bu gün turnirin 1/4 final mərhələsinə start verilib.

Milli komandamız bu gün B qrupunun ikincisi olan Bəhreyn yığması ilə qarşılaşıb.

«Dalğa Arena»da keçirilən oyun hesabı ilə millimizin xeyrinə başa çatıb. Oyunun əsas vaxtı 2:2 hesabı ilə qurtarıb. Topları millimizdən Elnur Abdulov (25) və Ruslan Qurbanov (90+3) vurublar. Əlavə vaxtda Rəhman Hacıyev (106) qələbə topunu vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR