Serbiya Respublikasının prezidenti Azərbaycanın Bosniya və Herseqovinadakı səfirini təltif edib

Serbiya Respublikasının prezidenti Azərbaycanın Bosniya və Herseqovinadakı səfirini təltif edib
# 10 yanvar 2014 10:03 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov Serbiya Respublikasının bayraq ordeni ilə təltif edilib.

APA – nın Serbiya Respublikası prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Serbiya Respublikasının prezidenti Milorad Dodik yanvarın 8-də Banya-Lukada E. Həsənova Serbiya Respublikasının bayraq ordenini təqdim edib.

E. Həsənov beynəlxalq əməkdaşlıq və sühlün möhkəmlədirilməsi, şəxsi nailiyyətlər, habelə Azərbaycanla Serbiya Respublikası arasındakı əlaqələrin ümumi inkişafına töhfə verdiyinə görə ordenlə təltif edilib.

E. Həsənov qeyd edib ki, belə mükafat Serbiya Respublikası, Bosniya və Herseqovina və Azərbaycan arasında əlaqələrin, o cümlədən iqtisadiyyat və sosial-mədəniyyat sahədə əməkdaşlığın möhkəmləndirilməsinin sübutudur.

Serbiya Respublikası 1995-ci ildə Deyton müqaviləsi nəticəsində Bosniya və Herseqovina tərkibində yaradılmış respublikadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR