Ukraynalı qubernator Kiyevi paytaxt statusundan məhrum etməyə çağırıb

Ukraynalı qubernator Kiyevi paytaxt statusundan məhrum etməyə çağırıb
# 20 dekabr 2013 10:48 (UTC +04:00)

Bakı - APA. Xarkov vilayətinin qubernatoru Mixail Dobkin Kiyevi paytaxt statusundun məhrum etməyə çağırıb.

APA-nın məlumatına görə, bu barədə o özünün Twitter səhifəsində yazıb. “Sorğulara görə kiyevlilər Maydandakı aksiyaları dəstəkləyirlər. Deməli xarabalığı da... Paytaxtı 19 dekabr 1919-ci ildəki kimi Xarkova köçürmək gərəkdir”, - M. Dobkin qeyd edib.

Xatırladaq ki, Xarkov 1919-1934 illərdə Ukraynanın paytaxtı olub, Kiyevə isə sonradan paytaxt statusu verilib.

Bununla belə, hakim Regionlar Partiyasının təmsilçisi Mixail Dobkin dəfələrlə etiraz aksiyaları keçirən müxalifətçilərdən etinasızlıqla danışıb. Millətçilər tərəfindən Kiyevdə Vladimir Leninin heykəlinin sökülməsindən dərhal sonra qubernator abidənin bərpası üçün vəsait toplanmasını elan edib və şəxsən özünün 50 000 qrivna miqdarında ianə verəcəyinə söz verib.

Qeyd edək ki, M. Dobkin qubernator postunu 2010-ci ildən tutur. Ukraynadan kənarda isə 2007-ci ildən tanınır. M. Dobkinin Xarkovun meri olduğu zaman İnternetdə videosu yayılmışdı. Həmin videoyazıda hazırkı qubernator yaxın tanışı, Şəhər Sovetinin katibi Qennadi Kerneslə seçicilərə müraciət yazarkən çoxsaylı qeyri-etik ifadələr işlətməsi ilə yadda qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR