Moskvada Ümumrusiya Azərbaycan Konqresinin təşkilatçılığı ilə “Arşın mal alan” filminin nümayişi keçirilib

Moskvada Ümumrusiya Azərbaycan Konqresinin təşkilatçılığı ilə “Arşın mal alan” filminin nümayişi keçirilib
# 02 iyun 2014 17:21 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, məşhur Azərbaycan filmi olan "Arşın mal alan" Ümumrusiya Azərbaycan Konqresinin təşkilatçılığı ilə nümayiş olunub.

"Kino s aktsentom" layihəsi çərçivəsində baş tutan nümayiş paytaxtın "Bakı" kinoteatrında keçirilib. Layihənin məqsədi və tapşırıqları barədə danışan Ümumrusiya Azərbaycan Konqresinin nümayəndəsi Aybəniz Rüstəmova belə filmlərinin nümayişinin əhəmiyyətini qeyd edib: "Bu gün Rusiya xalqları ilə əlaqələri dəstəkləmək çox vacibdir. Bu tədbir millətlərarası biriliyin möhkəmlənməsində böyük rol oynayır. Biz xarici filmlərə baxan zaman, həmin ölkənin mədəniyyəti haqqında çox çey öyrənirik. Eləcə də Qafqaz kolorotli filmlər Rusiya ictmaiyyətinə bizim adət-ənənələrimiz, mədəniyyətimiz haqqında çox deyir. Bu gün kinoteatrın zalında müxtəlif millətlərin nümayəndələri oturub. Bu bir daha sübut edir ki, filmə olan maraq böyükdür".

Qeyd edək ki, "Arşın mal alan" filmi 1945-ci ildə dahi Azərbaycan bəstəkarl Üzeyir Hacıbəylinin eyni adlı operettası əsasında çəkilib. Bu film dünyanın 85 dilində dublyaj olunub. Keçən il isə Heydər Əliyev Fondunun təşəbbüsü “Arşın mal alan” filmi bərpa edilərək rənglənib.

Xatırladaq ki, "Kino s aktsentom" layihəsi bu ilin əvvəlində Ümumrusiya Azərbaycan Konqresi və Qafqaz xalqlarının Rusiya Konqresi tərəfindən fəaliyyətə başlayıb. Layihənin məqsədi Moskva sakinlərini Qafqaz xalqlarının mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış etmək və çoxmillətli Rusiya gəncliyini mədəniyyət vasitəsi ilə birləşdirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR