“Nida” üzvünün həbs müddəti uzadılıb

“Nida” üzvünün həbs müddəti uzadılıb
# 24 iyun 2014 15:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvü Orxan Eyyubzadənin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.


Bu barədə APA-ya məlumat verən vəkil Ə. Mustafayev bildirib ki, Binəqədi Rayon Məhkəməsi onun barəsində olan həbs-qətimkan tədbirinin bir ay uzadılması barədə qərar qəbul edib.

Qeyd edək ki, O. Eyyubzadə mayın 6-da “Nida” Vətəndaş Hərəkatının üzvlərinə oxunan hökmə etiraz etdiyi üçün saxlanılaraq 20 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib. Lakin sonradan ona Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddəsi ilə əlavə ittiham elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR