Qazaxıstan İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələrinə ev sahibliyi etməyə hazırdır

Qazaxıstan İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələrinə ev sahibliyi etməyə hazırdır
# 13 avqust 2013 09:42 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Qazaxıstan İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələrinə yenidən ev sahibliyi etməyə hazırdır.

APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə Qazaxıstan xarici işlər nazirinin müavini Hoyrat Seribəy açıqlama verib.

Onun sözlərinə görə, Qazaxıstan hökuməti İranla “altılıq” ölkələri arasındakı müzakirələrə dəstəyini davam etdirməkdə qərarlıdır: “Əgər ehtiyac olarsa, yeni müzakirəyə ev sahibliyi edə bilərik”.

Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev də İrana səfəri zamanı həmkarı Həsən Ruhani ilə görüşdə ölkəsinin növbəti müzakirələrə ev sahibliyi edə biləcəyinə dair bir plan təqdim etmişdi. İranla “altılıq” ölkələri arasındakı son iki müzakirə Qazaxıstanın Almatı şəhərində keçirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR