Gəncə şəhər sakini dərmandan zəhərlənib

Gəncə şəhər sakini dərmandan zəhərlənib
# 02 oktyabr 2013 13:21 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə dərmandan zəhərlənmə faktı baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, şəhər sakini, 1962-ci il təvəllüdlü Leyla Qurbanova ağır zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Aparılan müdaxilədən sonra 51 yaşlı qadının vəziyyəti normallaşıb. Araşdırma zamanı L. Qurbanova bildirib ki, uzun müddətdir əsəb xəstəliyindən əziyyət çəkir və rahat yatmaq üçün bir neçə dərman həbi qəbul edib, nəticədə ağır zəhərlənərək xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR