Baş Prokurorluq daha çox korrupsiyaya faktı aşkar edilən qurumlar arasında Vergilər Nazirliyinin adının olmasını təkzib edib

Baş Prokurorluq daha çox korrupsiyaya faktı aşkar edilən qurumlar arasında Vergilər Nazirliyinin adının olmasını təkzib edib
# 03 oktyabr 2013 18:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Baş Prokurorluq daha çox korrupsiyaya faktı aşkar edilən qurumlar arasında Vergilər Nazirliyinin adının olmasını təkzib edib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, oktyabrın 3-də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binasında vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransı zamanı bəzi kütləvi informasiya vasitələri Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev tərəfindən korrupsiyaya daha çox uğramış sahələr arasında guya vergilər nazirliyinin qeyd olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb: “Həmin informasiyalar tərəfimizdən təkzib olunur və bununla bağlı bildiririk ki, mətbuat konfransı zamanı vergilər nazirliyinin daha çox korrupsiyaya uğramış sahə kimi qeyd olunması barədə idarə rəisi K.Əliyev tərəfindən hər hansı ifadə işlədilməyib. Göstərilənlərlə yanaşı bildiririk ki, bütün fəaliyyətini avtomatlaşdırılmış sistemlər üzərində quran Vergilər Nazirliyinin strukturları sahibkarlara 57 növ elektron xidmət göstərməklə antikorrupsiya sahəsində Prokurorluq orqanları ilə ən sıx əməkdaşlıq edən qurumdur və 30 aprel 2009-cu il tarixdə Baş Prokurorluqla Vergilər Nazirliyi arasında “Korrupsiya ilə mübarizə sahəsində prokurorluq və vergi orqanları arasında qarşılıqlı əməkdaşlıq haqqında” birgə əmr imzalanəb və bu istiqamətdə birgə səmərəli əməkdaşlıq davam etdirilir. Bundan başqa, 2013-cü ilin 9 ayı ərzində Vergilər Nazirliyinin əməkdaşlarının korrupsiya huquqpozmalarına yol vermələri barədə “161-Qaynar xətt” əlaqə mərkəzinə heç bir məlumat daxil olmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR