Azərbaycan Dövlət Neft Şirkəti bu il büdcə ödənişlərini 16% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti bu il büdcə ödənişlərini 16% artırıb
# 16 dekabr 2013 14:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin noyabr ayında dövlət büdcəsinə vergi şəklində 163,344 mln. manat ödəyib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bu, ötən ilin noyabr ayına nisbətən 27,6% çoxdur.

Ümumiyyətlə, bu ilin yanvar-noyabr aylarında büdcəyə 1 487,412 mln. manat vəsait ödənilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,5% çox olub.

Bundan əlavə, noyabrda ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 14,275 mln. manat vəsait köçürüb. Bu isə ötən ilin noyabr ayına nisbətən 9,9% çoxdur.

Ümumiyyətlə, bu ilin yanvar-noyabr aylarında ARDNŞ tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş ötən ilin 11 ayına nisbətən 2,2% artaraq 147,765 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR