Prezident 135 və 248 nömrəli orta məktəblərin binalarının əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub

Prezident 135 və 248 nömrəli orta məktəblərin binalarının əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub
# 30 avqust 2013 16:04 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Binəqədi rayonundakı 135 və 248 nömrəli orta məktəblərin binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. APA-nın məlumatına görə, prezident İlham Əliyev məktəbin təmirdən əvvəlki vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağıı prezidentə məlumat verib. O bildirib ki, 1970-ci ildə istifadəyə verilən məktəbdə Dövlət proqramına uyğun olaraq əsaslı təmir və yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilib. Məktəbin elektrik və kommunikasiya xətləri yeniləri ilə əvəz olunub, müasir istilik sistemi quraşdırılıb. 1020 şagird yerlik məktəbin bütün sinif otaqları, idman və iclas zalları, yeməkxanası tam təmir olunmuş, həyətdəki açıq idman meydançası əsaslı şəkildə yenidən qurulub. Məktəbdə dərslər bir növbədə aparılacaq.

Sonra Prezident İlham Əliyev 248 nömrəli orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub. Burada görülən işlər barədə dövlətimizin başçısına məlumat verilib. Məktəbin 1969-cu ildə istifadəyə verildiyi qeyd olunub. 1020 şagird yerlik bu orta məktəbin 41 sinif otağı vardır. Dərslər bir növbədə keçirilir. Bütün sinif otaqları, fənn kabinetləri, idman və iclas zalları yüksək standartlar səviyyəsində təmir edilib. Məktəbin işıq və istilik sistemi ən müasir tələblər səviyyəsindədir.

Dövlət başçısı sinif otaqlarına, ayrı-ayrı fənn kabinetlərinə baxıb, idman və iclas zallarında yaradılan şəraitlə yaxından tanış olub.

Məktəbin həyətindəki açıq idman meydançası da yenidən qurulub. Bu təhsil ocağının ərazisində də abadlıq və quruculuq işləri həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR