Brenda Şaffer: “Azərbaycan İran məsələsində müstəsna rol oynaya bilər”

Brenda Şaffer: “Azərbaycan İran məsələsində müstəsna rol oynaya bilər”
# 29 may 2013 15:06 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan İran məsələsində müstəsna rol oynaya bilər. APA-nın xəbərinə görə, bunu Bakıda keçirilən “Azərbaycan-ABŞ: Gələcəyə baxış” adlı forumda çıxışında İsrailin Hayfa Universitetinin Siyasi Elmlər Məktəbinin professoru Brenda Şaffer deyib. O bildirib ki, İran əhalisinin üçdə biri azərbaycanlılardır və onlar şimaldakı prosesləri diqqətlə izləyir. B. Şaffer İranin ali dini lideri və bir çox aparıcı siyasətçilərinin etnik azərbaycanlı olduğunu nəzərə çatdırıb.

Ekspertin sözlərinə görə, ABŞ-ın bu regionda strateji müttəfiqə ehtiyacı var. O, iştirakçıların diqqətini ABŞ-ın son 20 il ərzində Dağlıq Qarabağa maddi vəsait ayırması faktına cəlb edib: “Bu vəsait çox olmasa da, pullar işğal olunmuş əraziyə ayrılır. Mən orada olmuşam, demək olar ki, orada heç kim yaşamır”.

B. Şaffer bəyan edib ki, amerikalı qanunvericilər bu praktikaya son qoymalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR