Azərbaycan Bəhreyn Beynəlxalq Aviasiya Şousunda iştirak edir

Azərbaycan Bəhreyn Beynəlxalq Aviasiya Şousunda iştirak edir
# 17 yanvar 2014 08:39 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Bəhreyn Beynəlxalq Aviasiya Şousu keçirilir.

APA-nın aviaşounun təşkilat komitəsinə istinadən verdiyi məlumata görə, yanvarın 16-da başlamış aviaşouda dünyanın müxtəlif ölkələrindən aviasiya sənayesində fəaliyyət göstərən şirkətlər tərəfindən müxtəlif aviasiya texnikaları nümayiş etdirilir.

Nümayiş etdirilən aviasiya texnikaları arasında əsas yeri hərbi təyinatlı uçuş vasitələri tutur.

Aviaşouda Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən nümayəndə heyətləri ziyarətçi qismində iştirak edir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR