Ukrayna Kommunist Partiyasının fəaliyyəti qadağan oluna bilər

Ukrayna Kommunist Partiyasının fəaliyyəti qadağan oluna bilər
# 13 may 2014 10:56 (UTC +04:00)

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, A. Turçinov parlamentin bu gün keçirilən iclasında KP-nin ölkədə separatçılar və terrorçularla əlaqəsinin araşdırılması və partiyanın fəaliyyətinin qadağan olunması məsələsinə baxılması üçün Ədliyyə Nazirliyinə müraciət edəcəyini açıqlayıb.

A. Turçinov Donetsk vilayətinin Mariupol şəhərində baş vermiş hadisələrlə bağlı parlamentdə çıxış edən Ukrayna Kommunist Partiyasının lideri Pyotr Simonenkonun sözünü kəsib: “Simonenko Rusiya kütləvi informasiya vasitələrinin yaydığı yalanları təkrarlayır. Mən Ədliyyə Nazirliyindən xahiş edərdim ki, bu məsələyə baxsın və Kommunist Partiyasının separatçılar və terrorçularla əlaqəsinə dair sübutlar varsa, bu partiyanın fəaliyyətinin qadağan olunması üçün materialları məhkəməyə təqdim etsin”.

Qeyd edək ki, Ukrayna Kommunist Partiyasının Donetsk və Luqansk vilayətlərindəki yerli təşkilatları separatçılara fəal dəstək verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR