BOTAŞ-TANAP Ərazi Haqları Birliyi Dövlət Təşkilatının rəhbəri Azərbaycanın Qarsdakı baş konsulu ilə görüşüb

BOTAŞ-TANAP Ərazi Haqları Birliyi Dövlət Təşkilatının rəhbəri Azərbaycanın Qarsdakı baş konsulu ilə görüşüb
# 07 may 2014 11:05 (UTC +04:00)

Bakı - APA-Economics. Türkiyənin BOTAŞ-TANAP Ərazi Haqları Birliyi Dövlət Təşkilatının müdiri İsmail Hakkı Çiçəyin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanovla görüşüb.

Baş konsulluqdan APA-ya verilən məlumata görə, görüş zamanı İ.Çiçək TANAP layihəsi çərçivəsində rəhbərlik etdiyi qurum tərəfindən son zamanlar görülən işlər haqqında qısa məlumat verib.

İ.Çiçək Trans Anadolu Qaz Boru Kəməri layihəsinin həm Azərbaycan həm Türkiyə həm də Qars bölgəsi üçün əlverişli olduğunu vurğulayaraq, gələcəkdə bu bölgənin inkişaf edəcəyi və mühüm strateji nöqtələrindən birinə çevriləcəyini söyləyib.

Öz növbəsində baş konsul qarşı tərəfə bu layihənin hər iki ölkə üçün önəmli olduğunu diqqətə çatdıraraq, onun həyata keçirilməsinin Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə mövcud əlaqələrinin daha da genişlənməsi və möhkəmlənməsinə yeni töhfələrin verəcəyinə ümidvar olduğumu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR