AMEA Tarix İnstitutu Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr edilən elmi sessiya keçirib - FOTO

AMEA Tarix İnstitutu Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr edilən elmi sessiya keçirib - <span style="color: red;">FOTO
# 24 fevral 2014 09:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun təşkilatçılığı ilə Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Əli bəy Hüseynzadənin həyat və yaradıcılığı barədə məlumat verib. O bildirib ki, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olan Ə.Hüseynzadə uzun müddət alim, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərib və bu sahələrin hər birində özünəməxsus iz qoyub. Y.Mahmudovun sözlərinə görə, böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisinin XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri olub: “Əli bəy Hüseynzadə bütün ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ edib, türkün tərəqqisi naminə fəaliyyət göstərib. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributları, bayrağın rənglərinin formalaşmasında da onun xidmətləri danılmazdır. O, həyatı boyu bütün türk xalqlarının tarixini araşdırın, onları birliyə, ədalətə çağırıb. Türkçülüyün banisi deyildikdə Əli bəy Hüseynzadənin adı birinci yazılmalıdır”.

Elmi sessiyanın davamında tarix elmlər doktorları İradə Bağırova, Sevinc Əliyeva və başqaları Əli bəy Hüseynzadənin həyat və fəaliyyəti ilə bağlı məruzələrlə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR