Rusiya XİN rəhbəri Fransanın Suriya ilə bağlı qətnamə layihəsini qəbuledilməz adlandırıb

Rusiya XİN rəhbəri Fransanın Suriya ilə bağlı qətnamə layihəsini qəbuledilməz adlandırıb
# 10 sentyabr 2013 18:59 (UTC +04:00)

Bakı-APA. Rusiya güc tətbiqini nəzərdə tutan BMT nizamnaməsinin 7-ci fəslinə əsaslanan Fransanın Suriya ilə bağlı qətnamə layihəsini rədd edir.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu gün Rusiya və Fransa XİN rəhbərləri Sergey Lavrov və Loran Fabius arasında telefon danışığı baş tutub. “Sergey Lavrov qeyd edib ki, BMT nizamnaməsinin 7-ci fəsli əsasında kimyəvi silahdan mümkün istifadəyə görə məsuliyyətin Suriya hakimiyyətinin üzərinə qoyulması barədə BMT TŞ-nin qətnaməsinin qəbul olunmasına dair Fransanın təklifi qəbuledilməzdir”, deyə Rusiya XİN açıqlamasında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR