Azərbaycan əhalisinin alıcılıq qabiliyyəti indeksi artıb

Azərbaycan əhalisinin alıcılıq qabiliyyəti indeksi artıb
# 22 oktyabr 2013 11:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2013-cü ilin yanvar-sentyabr ayları üzrə 1,39 bənd təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2013-cü ilin yanvar-avqust aylarının göstəricisindən 0,02 bəndi çoxdur:

Alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi hesablanır. Bu nisbət iki əsas xərc ödənildikdən sonra əhalinin sərəncamında qalan gəlirləri əks etdirir.

Yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi 13,868 mlrd. manat, əhaliyə göstərilən pullu xidmətlər 4,457 mlrd. manat, əhalinin məcmu gəlirləri isə 25,394 mlrd. manat təşkil edib. Beləliklə, gəlirlər əsas xərcləri 7,069 mlrd. manat və ya 38,6% üstələyir. Eyni zamanda, ümumi gəlirlərdə bu göstəricinin xüsusi çəkisi 27,8% təşkil edir. Yəni, istehlak xərclərindən sonra gəlirlərin təxminən 28%-i əhalinin sərəncamında qalır. Pərakəndə ticarət və xidmətlərlə bağlı xərclərin azalmadığını nəzərə alsaq (illik artım templəri müvafiq olaraq 9,6% və 7,2%), 28%-lik göstəricini məqbul hesab etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR