Sumqayıtda mənzildə köməksiz qalmış 80 yaşlı qadın xilas edilib

Sumqayıtda mənzildə köməksiz qalmış 80 yaşlı qadın xilas edilib
# 03 dekabr 2013 01:42 (UTC +04:00)

Bakı-APA. Sumqayıt şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1933-cü il təvəllüdlü qadın mənzildə köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər 9 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə binanın damından enərək eyvanına daxil olub və giriş qapısını açıb. Mənzildə nəzarətsiz qalmış vətəndaş aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR