Obama: "ABŞ İranın sülh məqsədli nüvəyə sahib olmaq hüququna hörmət edir”

Obama: "ABŞ İranın sülh məqsədli nüvəyə sahib olmaq hüququna hörmət edir”
# 24 sentyabr 2013 22:35 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu sentyabrın 24-də ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı bəyan edib.

"Biz rejimin dəyişməsinə nail olmağa çalışmırıq və İran xalqının sülh məqsədli nüvə enerjisinə olan hüququna hörmət edirik”, deyə o qeyd edib.

Obama, bununla belə, qeyd edib ki, ABŞ nüvə silahının yayılmamasına dair öhdəliklərin İran tərəfindən icra edilməsini tələb edir.

Obama həmçinin ABŞ-ın İranla ziddiyyətlərinin diplomatik yolla həllinə sadiq olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR