APA-nın şimal bürosunun verdiyi məlumata görə, bağ evində yaşayan, 1949-cu il təvəllüdlü Bakı şəhər sakini Əlişir Musayev martın 9-da günorta saatlarında hamam otağında dəm qazından zəhərlənib.
Quba Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Ə. Musayevin vəziyyətinin ağır stabil olduğu bildirilir.
Qeyd edək ki, Ə. Musayev Azərbaycan Elmi-Təhqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunun direktoru, tibb elmləri doktoru, professor, əməkdar elm xadimidir.
Faktla bağlı araşdırmalar aparılır.
Azərbaycanda alim dəm qazından zəhərlənib - VİDEO
09 mart 2014 13:33 (UTC +04:00)