Bank Of Baku

ABŞ-da “Gmail”in fəaliyyətində kütləvi nasazlıq yaranıb

ABŞ-da “Gmail”in fəaliyyətində kütləvi nasazlıq yaranıb
# 18 noyabr 2026 06:31 (UTC +04:00)

ABŞ-da “Google” şirkətinə məxsus “Gmail” elektron poçt xidmətinin fəaliyyətində texniki problemlər qeydə alınıb.

Bu barədə internet xidmətlərinin fəaliyyətini izləyən “Downdetector” portalı məlumat yayıb.

Məlumata görə, mindən çox istifadəçi elektron poçt xidmətinin işində yaranan nasazlıqlardan şikayət edib.

Şikayətlərin 34 faizi elektron məktubların qəbulunda yaranan problemlərlə bağlı olub.

İstifadəçilərin 25 faizi mobil tətbiqin, 21 faizi isə “Gmail”in veb-saytının fəaliyyətində çətinliklərlə üzləşdiyini bildirib.

Nasazlığın səbəbləri və xidmətin nə vaxt tam bərpa olunacağı barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR