Bu il Azərbaycanda 2 minə yaxın əkiz, 45 üçəm doğulub

Bu il Azərbaycanda 2 minə yaxın əkiz, 45 üçəm doğulub
# 16 oktyabr 2014 09:28 (UTC +04:00)

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, doğulan körpələrin 53,6%-i oğlan, 46,4%-i isə qız uşaqlarından ibarət olmaqla 1 986-sı əkiz, 45-i isə üçəm doğulub. Doğulan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün 76,8 yaş ömür uzunluğu gözlənilir.

Ölkə üzrə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə bütün ömür boyu orta hesabla 2,2 doğulmuş uşaq düşür.

Bu ilin yanvar-avqust ayları ərzində ölkədə 37,3 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə hesabı ilə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı da dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR