ABŞ-ın Texas ştatındakı gübrə zavodunda baş verən partlayışda 70-ə yaxın adam ölüb - VİDEO

ABŞ-ın Texas ştatındakı gübrə zavodunda baş verən partlayışda 70-ə yaxın adam ölüb - <span style="color: red;">VİDEO
# 18 aprel 2013 06:50 (UTC +04:00)

APA-nın xəbərinə görə, Vest (West) şəhəri yaxınlığında, Vako (Waco) şəhərinin 32 kilometrliyində yerləşən müəssisədə baş vermiş partlayış nəticəsində 60-70 nəfərin öldüyü bildirilir. Bu məlumatı yerli KWTX televiziya kanalı Vest şəhərinin təcili yardım xidmətinin rəhbəri Corc Smitə istinadən yayıb. Yaralıların sayı 100-dən çoxdur.

Əvvəlcə müəssisə ərazisində susuz ammiak dolu rezervuarda partlayış olub və alov ətraf tikililərə, o cümlədən orta məktəb binası və qocalar evinə də keçib. Partlayış dalğası uzaqda yerləşən binalara da zərər vurub. Yenidən partlayış baş verməsi ehtimalı hadisə yerində xilasetmə işlərinin aparılmasını ləngidir. Müəssisənin 1,7 km radiusunda yaşayan əhalidən evlərini tərk etmək tələb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR