Azərbaycan mövcud təhlükəli sürüşmə sahələri açıqlanıb

Azərbaycan mövcud təhlükəli sürüşmə sahələri açıqlanıb
# 13 dekabr 2014 09:40 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaftların planlaşdırılması şöbəsinin müdiri Elbrus Əlizadə APA-ya açıqlamasında deyib ki, hazırda ölkə ərazisində bu proseslərin güclənməsi və artması prosesi gedir. Onun sözlərinə görə, rütubətlənmə belə davam etsə, anomal zonaların əmələ gəlməsi mümkündür.

E. Əlizadə qeyd edib ki, ən təhlükəli vəziyyət Lənkəran-Lerik yolundadır: “Bundan əlavə, Şamaxıda Muğanlı-İsmayıllı yolu və onun ətrafı, Xızı və Şabran sürüşmə zonalarında aktivləşmə müşahidə olunur. Tədqiqatçılar bir neçə gün öncə Şamaxıdan qayıdıblar. Orada işlər başa çatdırılıb. Məlum olub ki, Muğanlı-İsmayıllı avtomobil yolu və ətrafındakı sürüşmə hadisələrinin nisbi fəallaşması müşahidə olunur. Şimal-şərq yamacında, Xızı Şabran, Siyəzən zonasında da nisbi fəallaşma var. Atmosfer yağıntılarının miqdarı belə artımla getsə, vəziyyətin bir qədər də mürəkkəbləşəcəyini gözləmək olar. Hazırda isə nisbi fəallaşma var”.

E. Əlizadə qeyd edib ki, ümumiyyətlə ölkə ərazisindəki sürüşmə sahələrində 2012-2013-cü ildə olduğu kimi, yüksək fəallıq yoxdur.

Bu il havaların quraq keçməsinin sürüşmə sahələrinə təsirinə gəlincə, şöbə müditi əlavə edib ki, quraqlıq olanda sürüşmə az olur. Onun sözlərinə görə, quraqlıqdan sonra yağıntı çox olub torpaqları rütubətlə doyduranda sürüşmə ola bilər: “Quraqlıq olanda torpaqların strukturda ilişkənlik azalır. Sonra su dolanda hərəkətə gəlmə ehtimalı artır. Quraqlıqdan sonra mütləq rütubətliyin artıq olması lazım idi. Lakin yay aylarında yağış yağmadı. Payız fəsli isə nisbətən yağıntılı keçib. Bu günə kimi hər hansı yeni sürüşmə sahəsi yaranmayıb, bu günə kimi mövcud olan sahələr fəallaşıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR