Prezident İlham Əliyev ISESCO-nun baş direktoru ilə görüşüb - VİDEO

Prezident İlham Əliyev ISESCO-nun baş direktoru ilə görüşüb - <span style="color: red;">VİDEO
# 18 may 2015 12:46 (UTC +04:00)

Bakı – APA . Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüblər.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla ISESCO arasında əməkdaşlığın hazırki səviyyəsindən məmnunluq ifadə edilib, Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xalqlar və mədəniyyətlərarası dialoqun inkişafı baxımından əhəmiyyəti yüksək qiymətləndirilib.

Bakının artıq mühüm məsələlərin müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən məkana çevrilməsinin əhəmiyyəti vurğulanıb, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi bildirilib.

Söhbət zamanı Azərbaycanla ISESCO arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR