Bakıda bıçaqlanan iki qardaşdan biri ölüb

Bakıda bıçaqlanan iki qardaşdan biri ölüb
# 31 avqust 2015 09:18 (UTC +04:00)

Bakının Suraxanı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Əmircan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü İbrahim Rasim oğlu Dadaşov aralarında yaranmış mübahisə zəminində həmyerliləri – 1985-ci il təvəllüdlü Elşən Şakir oğlu İsrafilovu və onun qardaşı Elçini bıçaqlayıb. Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Elşən İsrafilovu xilas etmək mümkün olmayıb.

Hadisəni törədən İ. Dadaşov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR