Azərbaycan avtomobil istehsalını azaldıb

Azərbaycan avtomobil istehsalını azaldıb
# 16 aprel 2015 12:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanda maşın və avadanlıqların, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı sahələrində 65,6 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 13,3%, nəqliyyat vasitələrinin istehsalı isə 14,0% azalıb avtomobil və qoşquların istehsalı isə 0,6 artıb.

Belə ki, ötən aylar ərzində Azərbaycanda 45 ədəd minik avtomobili istehsal edilib. Bu, 2014-cü ilin yanvar-mart ayları ilə müqayisədə 86,2% azdır. Nəticədə bu ilin aprel ayının 1-nə 247 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Ötən üç ay ərzində ölkədə 126 ədəd yük avtomobili istehsal edilib. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 24,8% çoxdur. Bundan başqa, ötən aylar ərzində 170 ədəd xüsusi təyinatlı kommunal maşınları istehsal edilib.

Yanvar-mart aylarında 279 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 6,7% azdır. Nəticədə bu ilin aprel ayının 1-nə 25 ədəd hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR