Makedoniyada zəlzələdən 100 nəfər zərər çəkib

Makedoniyada zəlzələdən 100 nəfər zərər çəkib
# 11 sentyabr 2016 20:56 (UTC +04:00)

Bakı-APA. Makedoniyada baş verən zəlzələ nəticəsində 100-dək insan tibbi yardım almaq üçün xəstəxanalara müraciət edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün Makedoniyanın paytaxtı Skopye şəhəri yaxınlığında üç zəlzələ baş verib.

Onlardan ən güclüsü (5,3 bal) yerli vaxtla saat 15:10-da qeydə alınıb. Zəlzələ əhali arasında böyük təşvişə səbəb olub, mobil rabitə xidmətində problemlər yaradıb. Skopyenin bir neçə bölgəsində elektrik enerjisi kəsilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR