Gürcüstanda Müstəqillik Günü qeyd olunub - FOTOSESSİYA

Gürcüstanda Müstəqillik Günü qeyd olunub - <span style="color: red;">FOTOSESSİYA
# 27 may 2015 05:38 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Mayın 26-da Tiflisdə Gürcüstanın milli bayramı – Müstəqillik günü münasibətilə müxtəlif dövlət tədbirləri, sərgilər, konsertlər keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tiflisdə Müstəqillik Günü ilə bağlı təşkil olunan tədbirdə Gürcüstanın prezidenti Giorgi Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili, Gürcüstan parlamentinin sədri David Usupaşvili, xarici ölkələrin Gürcüstanda akkreditə olunan səfirləri iştirak ediblər.

Gürcüstan prezidenti G. Marqvelaşvili əlamətdar gün münasibətilə gürcü xalqını təbrik edib. Tədbirdə hərbi xidmətə çağırılan gənc əsgərlər hərbi and içiblər. Sonra "Delta" dövlət hərbi Elm Mərkəzinin hərbi texnikası nümayiş etdirilib, müxtəlif rəsm və kənd təsərrüfatı, sənaye və ərzaq məhsullarının sərgisi keçirilib, “SU-25, L-39 təyyarələri və “İpokez” helikopterləri Azadlıq Meydanında aviaşou nümayiş etdiriblər.

Bayram günündə baş nazir İrakli Qaribaşvili ailəsi ilə birgə Rustaveli prospektində təşkil olunan sərgilərə baxıb, əhali ilə görüşərək onları Müstəqillik Günü bayramı ilə təbrik edib, uşaqlarla şəkil çəkdirib.

Sonra axşam saatlarında Gürcüstanın Müstəqillik Günü ilə bağlı Cansuq Kaxidze adına Mədəniyyət Mərkəzində bayram konserti təşkil olunub. Tədbirdə baş nazir İ. Qaribaşvili, sabiq baş nazir Bidzina İvanişvili, Gürcüstan patriarxı və katalikosu II İlya və hökumət üzvləri, xarici diplomatik korpus nümayəndələri iştirak ediblər.

Mayın 26-da saat 21 radələrində Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tiflisdəki Mtasminda parkında Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirib. O, tədbirdəki çıxışında Müstəqillik Gününün tarixi əhəmiyyətindən danışıb və Gürcüstanın demokratik yol ilə inkişaf etdiyini bildirib. Tədbirdə Gürcüstan hökumətinin üzvləri, parlament və dipkorpus nümayəndələri, xarici ölkə səfirliklərinin hərbi attaşeləri, ABŞ, Azərbaycan, Yaponiya və Gürcüstandakı digər diplomatik korpus rəhbərləri iştirak ediblər. Tədbirdə baş nazir İrakli Qaribaşvili gürcü xalqının müstəqillik Gününü təbrik edib, sonra atəşfəşanlıq təşkil olunub.

Mayın 26-da azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun mərkəzində geniş tədbirlər təşkil olunub. Tədbirlərdə müharibədən fragmentlər, müharibə qəhrəmanlarının rəsmləri, foto sərgi, "Marneulini yaşıllaşdır!" aksiyası cərcivəsində gül və tərəvəz sərgisi, uşaqlar ücün əyləncə proqramları, gürcü və Azərbaycan rəqsləri ifa edilib, atraksionlar və sonda yerli mügənnilər və məktəb şagirdlərinin iştirakı ilə qala konsert keçirilib.

Bayram günü Gürcüstanın bölgələrində keçirilən tədbirlərdə vətəndaşlar hepatit C xəstəliyi ilə bağlı pulsuz olaraq yüksək keyfiyyətli testlərdən keçmək imkanı əldə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR