Çexiya Çindən gələn məhsulların Azərbaycan üzərindən daşınmasında maraqlıdır

Çexiya Çindən gələn məhsulların Azərbaycan üzərindən daşınmasında maraqlıdır
# 04 mart 2015 14:00 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov Çexiyanın sənaye və ticarət naziri Yan Mladekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, M. Pənahov Çexiya ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində tərəflərin maraqlı olduğunu vurğulayıb.

Y. Mladek Azərbaycanda magistral avtomobil yollarının tikintisində görülən işləri nümunə kimi qeyd edərək Azərbaycan üzərindən keçən Şərq-Qərb dəhlizinin fəaliyyətinə toxunub və malların Çindən öz ölkəsinə bu dəhlizlə daşınmasına maraq göstərdiklərini bildirib.

Bakı-Tbilisi-Qars dəmir yolunda görülən işlərin vəziyyəti ilə də maraqlanan Y. Maldekə layihənin icrası barədə məlumat verən M. Pənahov bildirib ki, Asiya və Avropa arasında Azərbaycan üzərindən keçməklə birbaşa dəmir yolu bağlantısını təmin edən bu layihənin tamamlanmasından sonra bu istiqamətdə daşımalar vaxt və keyfiyyət baxımından daha səmərəli surətdə təmin ediləcək.

Görüş zamanı Çexiyanın “Skoda Transportation”, “Skoda Vagonka”, OHL ZS şirkətlərinin, eləcə də Çex İxrac Bankının nümayəndələri tərəfindən avtomobil, dəmir yolu nəqliyyatı, sərnişin nəqliyyatı sahəsində əməkdaşlıq mexanizmləri, qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi və perspektiv imkanlar barədə təkliflər irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR