Fransa-Azərbaycan Ticarət Palatasının sədri: “Avropa Biznes Forumunun əhəmiyyəti Azərbaycanın qeyri-neft sektorundakı imkanları xarici sərmayədarlara göstərməsində idi”

Fransa-Azərbaycan Ticarət Palatasının sədri: “Avropa Biznes Forumunun əhəmiyyəti Azərbaycanın qeyri-neft sektorundakı imkanları xarici sərmayədarlara göstərməsində idi”
# 18 mart 2013 07:15 (UTC +04:00)

O deyib ki, ilk biznes forum Fransada sərmayə və idxal-ixrac işləri ilə məşğul olan iri və orta həcmli şirkətlər üçün əhəmiyyətlidir: “Mən növbəti belə forumun təmsil etdiyim Elzas regionunun paytaxtı Strasburqda keçirilməsini təklif etdim”.

A. Rayxard qeyd edib ki, bu ilin may ayında Bakıya səfər edəcək: “Biz bu səfərə nümayəndə heyəti ilə gedirik. Həmin səfərdə Elzasın böyük şəhəri olan Kolmarla Azərbaycanın Qəbələ şəhərinin “qardaş şəhər” olması məsələsinin mümkünlüyü müzakirə ediləcək”.

“Biznes forum uğurla nəticələndi, burda bir çox şirkətlər təmsil olunmuşdu. Gələcəkdə bu kimi müzakirələri davam etdirməyə təkan verdi. Bu tədbirin əhəmiyyəti həm də ondaydı ki, Azərbaycanla bağlı hamıya tanış olan neft-qaz sektoru ilə bağlı deyildi. Bu forum Azərbaycanın qeyri-neft sektorundakı imkanları xarici sərmayədarlara göstərdi”. Bunu isə Fransa-Azərbaycan Ticarət Palatasının sədri, Fransanın Azərbaycandakı ilk səfiri olmuş Jan Peren deyib.

O qeyd edib ki, Fransa ilə Azərbaycan arasında gələcəkdə yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və idxal-ixracı ilə bağlı tədbir keçirilməsini təklif edib.

Fransa-Azərbaycan Ticarət Palatasının fəaliyyətinə toxunan J. Peren qurumun yenidən strukturlaşdırılmasına ehtiyac olduğunu deyib: “Qurumun Əsasnaməsini dəyişmək, yeniləşdirmək üçün bir çox variantlar təklif olunur. Əsas məsələ odur ki, Azərbaycanda fəaliyyət göstərən şirkətlərlə daha sıx əlaqələr yaradılmalıdır. Azərbaycan bu gün istehsal etdiyi məhsullarını tanıtmaq istəyir”.

Azərbaycanın Fransa ilə iqtisadi sahədə daha yüksək əməkdaşlıq etmək niyyətində olduğunu deyən J. Peren Fransanın da buna hazır olduğunu qeyd edib.

"Mən Fransanın Azərbaycanda ilk səfiri olmuşam, xeyli vaxt keçib, bu gün Azərbaycana baxanda görürəm ki, bu ölkə böyük addımlar atıb. Geopolitik vəziyyəti, mürəkkəb coğrafiyada yerləşməsinə baxmayaraq, Azərbaycan stabilliyini, inkişafını qoruyub saxlayır və daha da inkişaf edir. Fikrimcə, ölkənin inkişafı üçün belə sabitlik çox vacibdir. Azərbaycanın prezidenti İlham Əliyevin baxışları inamlı gələcəyə doğru yönəlib. Bu isə çox müsbətdir və ölkənin sabahının işıqlı olacağına qarantiya verir”.

Qeyd edək ki, Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə Fransada III Avropa Biznes Forumu keçirilib. Forumda Azərbaycan və Fransanın dövlət və özəl sektorunun təmsilçiləri iki ölkə arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR