Buenos-Ayresdə Argentinanın Azərbaycanda səfirliyinin təsis edilməsi münasibətilə rəsmi ziyafət verilib - FOTOSESSİYA

Buenos-Ayresdə Argentinanın Azərbaycanda səfirliyinin təsis edilməsi münasibətilə rəsmi ziyafət verilib - <span style="color: red;">FOTOSESSİYA
# 27 mart 2013 13:35 (UTC +04:00)

Bakı-APA. Argentinanın Azərbaycanda səfirliyinin təsis edilməsi və iqamətgahı Bakı şəhərində olmaqla Argentinanın Azərbaycana təyin olunmuş ilk fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Rivanın yola salınması münasibətilə Azərbaycanın Buenos-Ayresdəki səfilriyi tərəfindən rəsmi ziyafət verilib. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ziyafətdə Argentinanın müxtəlif nazirliklərinin rəhbər şəxsləri, Argentina Milli Konqresinin hər iki palatasında fəaliyyət göstərən Azərbaycanla dostluq qruplarının üzvləri olan çoxsaylı senator və deputatlar, Buenos-Ayresdə akkreditə olunan diplomatik korpusun üzvləri, ölkənin tanınmış alimləri, siyasi analitikləri, intellektualları, ictimai xadimləri, iş adamları və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir Məmməd Əhmədzadə son illərdə intensivliyi ilə seçilən Azərbaycan-Argentina münasibətlərindən danışıb, Argentinanın Azərbaycanda səfirliyinin təsis edilməsini və K.D.Rivanın ölkəmizə fövqəladə və səlahiyyətli səfir təyin edilməsini əlaqələrimizdə əlamətdar hadisələr kimi qiymətləndirib və bunların iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Səfir növbəti illərdə iki ölkə arasında əlaqələrin daha da dərinləşərək hər iki ölkənin xalqlarının rifahına xidmət edəcəyindən əminliyini bildirib, səfir Rivanın rəhbərliyi ilə Argentinanın Bakıdakı diplomatik missiyasına uğurlar arzulayıb.

Argentina hökuməti adından çıxış edən xarici siyasət üzrə dövlət katibinin müavini xanım Maria del Carmen Squeff Azərbaycanın Argentina üçün önəmli tərəfdaş olduğunu deyib, Azərbaycanın Buenos-Ayresdə səfirliyinin təsis edilməsindən sonra iki ölkə arasında müxtəlif sahələrdə yaxın təmasların qurulduğu, çoxsaylı səfərlərin həyata keçirildiyi, sazişlərin imzalandığını bildirib.

Sonra çıxış edən səfir K.D.Riva təşkil edilmiş ziyafətə görə təşəkkürünü bildirib, Argentinanın Azərbaycana ilk rezident səfiri təyin olunmasından şərəf duyduğunu deyib.

Habelə, tədbirdə çıxış edən Argentina Mili Konqresinin Deputatlar Palatasında Azərbaycanla Dostluq Qrupunun sədri Roberto Mouilleron son illərdə Argentina-Azərbaycan əməkdaşlığı, Azərbaycana 2011 və 2012-ci illərdə həyata keçirilmiş səfərləri barədə danışıb, ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR