Gürcüstan-Azərbaycan sərhədində minaya düşmüş azərbaycanlı hələ komadan ayılmayıb

Gürcüstan-Azərbaycan sərhədində minaya düşmüş azərbaycanlı hələ komadan ayılmayıb
# 07 aprel 2013 19:31 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə-APA. “Gürcüstanda mina partlamasından yaralanan azərbaycanlı hələ komadan çıxmayıb.”

Bunu APA-nın Gürcüstan bürosuna Marneuli rayonunun Qaçağan kəndinin sabiq icra nümayəndəsi Arif Məmmədov deyib.

Onun sözlərinə görə, minaya düşən Qaçağan kənd sakini Sərxan Musayev hələ komadan ayılmayıb: “Dünən onun ailə üzvləri xəstəxanada olublar. Vəziyyəti ağır olaraq qalır. Bədəninin bir hissəsi parçalanıb, bir ayağı yoxdur”.

Qeyd edək ki, martın 31-də Gürcüstanın Marneuli rayonunun Qaçağan kənd sakini, soydaşımız Sərxan Musayev Azərbaycanla sərhədin yaxınlığında minaya düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR