Bakıda zəncirvari qəza törədən sürücü hadisə yerindən qaçıb - VİDEO

Bakıda zəncirvari qəza törədən sürücü hadisə yerindən qaçıb - <span style="color: red;">VİDEO
# 20 avqust 2014 02:58 (UTC +04:00)

APA TV-nin məlumatına görə, Azadlıq prospektind üç avtomobilin toqquşduğu qəza nəticəsində xəsarət alan olmayıb. Qəzaya səbəb olan "Mercedes" markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb.

Şəxsiyyəti müəyyənləşdirilməyən sürücü yüksək sürətlə idarə etdiyi avtomobili Kənan Muradova məxsus VAZ-21011-ə çırpıb. VAZ-21011 isə qarşıda hərəkətdə olan və Arif İsrafilovun idarə etdiyi "Toyota"ya dəyib.

Qəzanı törədən sürücü avtomobili ilə birlikdə hadisə yerindən uzaqlaşıb.

Qəza nəticəsində Azadlıq prospektində uzun tıxac yaranıb. Qəzaya uğrayan avtomobillər hadisəyerindən evakuasiya edildikdən sonra Yol-Patrul Xidmətinin əməkdaşları prospektdə nəqliyyatın normal hərəkətini bərpa ediblər.

Faktla bağlı araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR