Lənkəran teatrında uşaqlar üçün yeni tamaşanın təqdimatı olub

Lənkəran teatrında uşaqlar üçün yeni tamaşanın təqdimatı olub
# 19 mart 2013 11:52 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Məktəblilərin yaz tətili günlərinin başlanması ilə əlaqədar Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında ərəb xalq nağılının motivləri əsasında hazırlanmış “Ələddinin sehrli çırağı” tamaşasının təqdimatı olub. APA-nın cənub bürosunun məlumatına görə, tamaşanın quruluşçu rejissoru respublikanın əməkdar artisti Adil Zeynalov, rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rolları Səyad Əliyev, Gülər Kərimova, Sucəddin Mirzəyev, Əlibala Əsgərov, Qızılgül Quliyeva və başqaları ifa edirlər.

Teatrda, həmçinin daha 2 səhnə əsərinin məşqlərinə başlanıb. Belə ki, baş rejissor Tural Mustafayev italyan dramaturqu Aldo Nikolainin “Dəmir sinif”, rejissor Adil Zeynalov isə Maarif Məmmədovun “Əcnəbi kürəkən” əsərini tamaşaya hazırlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR