Qadın hərbçi ABŞ hərbi bazasında atışma törədib - YENİLƏNİB

Qadın hərbçi ABŞ hərbi bazasında atışma törədib - <span style="color: red;">YENİLƏNİB
# 25 avqust 2014 17:36 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın “Fort Li” hərbi bazasında naməlum şəxs atışma törədib. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, “Fort Li” hərbi bazası Virciniya ştatında, Riçmond şəhərindən 40 km cənubda yerləşir.

Məlumata görə, komandanlıq ərazidə giriş-çıxışa qadağa qoyub, şəxsi heyətə təlimata uyğun aktiv tədbirlər görmək əmri verilib.

Qeyd edək ki, insident baş vermiş 4 mərtəbəli binada hərbi bazanın qərargahı yerləşir.

“Associated Press”in isə verdiyi xəbərə görə, hərbi bazada atışmanı qadın hərbçi törədib. Məlumata görə, qadın özünə atəş açıb və ağır yaralanıb. Pentaqon nümayəndəsi bildirib ki, hadisə nəticəsində başqa hərbçilərdən yaralanan və yaxud ölən yoxdur.

İnsidentin təfərrüatları hələlik açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR