“Heydər Əliyev və muzeylərimiz” mövzusunda konfrans keçirilib - FOTO

“Heydər Əliyev və muzeylərimiz” mövzusunda konfrans keçirilib - <span style="color: red;">FOTO
# 30 aprel 2013 08:53 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Mədəniyyət ə Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “Heydər Əliyev və muzeylərimiz” mövzusunda konfrans keçirib. APA-nın verdiyi məlumata görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Heydər Əliyev Fondunun, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin nümayəndələri, Bakı və rayon muzeylərinin rəhbərləri iştirak ediblər. Konfransın əvvəlində Heydər Əliyevin muzey işi tarixində göstərdiyi xidmətləri əks etdirən fotoşəkillərdən ibarət video-çarx nümayiş olunub.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Heydər Əliyevin rəhbərliyi dövründə muzey işində yeni mərhələnin başlandığı vurğulayıb. O deyib ki, H. Əliyevin muzey şəbəkəsinin inkişafı, fəaliyyətdə olan muzey fondlarının zənginləşməsi, yeni muzeylərin yaradılması sahəsində gördüyü işlər əvəzedilməzdir. Azərbaycanın bir çox incəsənət xadimlərinin xatirə muzeylərinin yaradılması məhz onun dövründə olub.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Muzey işinin təşkilində innovasiyaların tətbiqi bölməsinin baş metodisti Pakizə Almazova “Heydər Əliyev və muzeylərimiz” mövzusunda məruzə ilə çıxış edib.

Konfrans müzakirə və çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR