Bakı sakini yanıb

Bakı sakini yanıb
# 20 noyabr 2014 10:24 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Bakıda baş verən yanğın zamanı bir nəfər xəsarət alıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 19-da saat 23 radələrində Suraxanı rayonu Suraxanı qəsəbəsi Rzayev küçəsində ümumi sahəsi 3 kvadratmetr olan taxta konstruksiyalı tikilidə yanğın baş verib. Nəticədə tikili yanıb və orada yaşayan, tüfeyli həyat tərzi keçirən Xanlar Əliyev yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR