Bakı-Quba yolunda avtomobil aşıb, ölən və yaralanan var - VİDEO

Bakı-Quba yolunda avtomobil aşıb, ölən və yaralanan var - <span style="color: red;">VİDEO
# 22 avqust 2015 07:47 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza magistralın 63-cü km-də, Xızı rayonunun Stalçay qəsəbəsi ərazisində qeydə alınıb. Xızı rayon sakini, 1987-ci il təvəllüdlü Ruhulla Ağayevin idarə etdiyi "Tofaş" markalı avtomobil aşıb. Nəticədə sürücü R.Ağayev hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin, Xızı rayon sakini, 1981-ci il təvəllüdlü İlqar Əliyev isə yüngül xəsarətlər alıb. Xəsarət alan şəxs Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. O, ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Qəzanın yüksək sürət səbəbindən baş verdiyi ehtimal edilir. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR