Odessada partlayış olub

Odessada partlayış olub
# 15 may 2015 19:54 (UTC +04:00)

Bakı-APA. Ukraynanın Odessa şəhərində partlayış baş verib.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, hadisə “Azadlıq” partiyasının qərargahı qarşısında qeydə alınıb.

“Partlayış bilavasitə ofisin qarşısında törədilib”, deyə Ukrayna Ali Radasının deputatı Andrey İlyenko bildirib.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.

Qeyd edək ki, son altı ay ərzində Odessada bir neçə partlayış baş verib. Hüquq-mühafizə orqanları hadisələri terror aktı kimi qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR