Azərbaycan “MasterCard”ın “Qiymətsiz üstünlüklər” xüsusi platformasını tətbiq edən birinci ölkədir - FOTO

Azərbaycan “MasterCard”ın “Qiymətsiz üstünlüklər” xüsusi platformasını tətbiq edən birinci ölkədir - <span style="color: red;">FOTO
# 14 aprel 2015 10:16 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “MasterCard” “Qiymətsiz üstünlüklər” xüsusi imtiyazlardan faydalanmaq üçün bütün “MasterCard” kart sahiblərinə endirimlər və hədiyyələrlə yanaşı dünyanın top-istiqamətlərinə səyahət və başqa bu kimi bənzərsiz fürsətlər təklif edir.

APA-Economics”in məlumatına görə, yeni platforma 2014-cü ildə başladılan “MasterCard İmtiyazları” proqramı çərçivəsində Azərbaycan xalqı üçün mövcud olan bütün imtiyazlardan ibarətdir. “MasterCard” yalnız Azərbaycan üçün unikal yeni dəyərlər və fərqliliklər təqdim edir. 2015-ci il aprelin 1-i Azərbaycan unikal “MasterCard” “Qiymətsiz üstünlüklər” platformasını başladan birinci ölkə olub.

“Qiymətsiz üstünlüklər” kampaniyasının bir hissəsi olaraq, “MasterCard” Azərbaycan istehlakçıları üçün Nyu-Yorka 5 günlük səyahət və 1000 manat dəyərində alış-veriş sertifikatı, 8 ədəd “İPhone 6” və 100 manat məbləğində 20 hədiyyə sertifikatı kimi böyük hədiyyələrlə tanıtıma başlayır.

Bu gündən “Qiymətsiz Üstünlüklər” platformasının bütün tərəfdaş məntəqələrində “MasterCard” ilə ən azı 1 manat ödəyərək alış-veriş edən kart sahibləri 1 lotereya şansı əldə edir. İstehlakçıların iş kodları avtomatik olaraq virtual lotereya biletlərinin nömrələri olur. 2015-ci il iyulun 3-dək kart sahibi “MasterCard” ilə nə qədər çox satış həyata keçirərsə, o, daha çox lotereya bileti əldə edəcək və qiymətli hədiyyələr qazanmaq şansı daha çox olacaq. “Qiymətsiz üstünlüklər” platformasının sayəsində “MasterCard” ilə sadə bir alış-veriş Nyu-York ritmini yaşamaq kimi qiymətsiz anlara çevrilə bilər.

Bundan əlavə, “MasterCard” “Qiymətsiz üstünlüklər” Azərbaycanda xüsusi təkliflər, o cümlədən top-markalarda çoxsaylı endirimlər, hədiyyələr və Bakının ən populyar istiqamətlərində nadir təəssüratlar təqdim edir.

“MasterCard”ın bütün sahibləri Bakıda ən yaxşı mağazaların və restoranların daxil olduğu 81 tərəfdaş alış-veriş nöqtələrinə 10% endirim əldə edəcəklər.

Beləliklə, Azərbaycanda yaşayış və səyahətin yaxşı anlarını yaşamaq üçün mükəmməl vaxtdır.

Yuxarıda göstərilən bütün imtiyazlar “Qiymətsiz üstünlüklər”ın yalnız başlanğıcıdır. Son yeniliklərdən xəbərdar olmaq üçün “MasterCard” hamını “MasterCard Azərbaycan”ın yenicə fəaliyyətə başlayan rəsmi Facebook səhifəsini (http://www.facebook.com/MasterCardAzerbaijan) izləməyə dəvət edir.

SEE İnkişaf etməkdə olan Bazarların Region üzrə Meneceri Hakan Acar bildirib: “MasterCard” anlayır ki, ödəniş kartının dəyəri satış həyata keçirənlərin, yəni müştərilərin əlindədir. Buna görə də “MasterCard” davamlı kart sahibləri ilə rezonans yaradan, onların “MasterCard” brendinə sadiqliyini və güvənini möhkəmləndirən kampaniyalar yaratmağa çalışır. Bu il biz Azərbaycan xalqı üçün önəmli məsələləri nəzərə alaraq onların ümidlərini doğrultmağı planlaşdıraraq Azərbaycanda “Qiymətsiz üstünlüklər” Platformasına start vermişik”.

“MasterCard” haqqında

MasterCard (NYSE: MA), www.mastercard.com, qlobal ödənişlər sahəsində fəaliyyət göstərən texnologiya şirkətidir. Şirkət 210-dan çox ölkə və ərazilərdə müştəriləri, maliyyə təşkilatlarını, tacirləri, hökumət və firmaları birləşdirən şəbəkələri emal edən dünyanın ən sürətli ödənişlərini idarə edir. “MasterCard”ın məhsulları və xidmətləri alış-veriş, səyahət, işin aparılması, maliyyənin idarə olunması kimi gündəlik ticarət fəaliyyətləri hər kəs üçün daha asan, təhlükəsiz, və səmərəli həyata keçirir. Twitter@MasterCardNews vasitəsilə bizi izləyin, “Cashless Pioneers Blog”da müzakirəyə qoşulun və son xəbərləri əldə etmək üçün “Engagement Bureau”ya abunə olun.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR