Türkmənistanda bu gün “Yemiş Günü” qeyd olunur

Türkmənistanda bu gün “Yemiş Günü” qeyd olunur
# 09 avqust 2015 01:55 (UTC +04:00)

Bakı-APA. Türkmənistanda avqustun 9-da “Yemiş Günü” qeyd olunur. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müasir Türkmənistanın ən populyar bayramlarından biri olan milli “Yemiş Günü” 1994-cü ildən qeyd edilir.

Məlumata görə, “Yemiş Günü”nə həsr olunmuş bayram tədbirləri ölkənin bütün bölgələrində bir neçə gün davam edəcək. Belə ki, ölkənin bütün vilayətlərində yemiş müsabiqələri keçirilir, konkurslarda çəkisi 15 kq-dan çox yemişlər və 30 kq-dan çox olan qarpız və boranılar təqdim olunur.

Əsas bayram tədbirləri bu gün Aşqabaddakı Müstəqillik parkında keçiriləcək. Bayram tədbirləri çərçivəsində müsabiqə və konsert keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR