Azərbaycanda magistraturaya qəbul olmaq istəyən bakalavrlara möhlət hüququnun verilməsi parlamentdə müzakirəyə çıxarılır

Azərbaycanda magistraturaya qəbul olmaq istəyən bakalavrlara möhlət hüququnun verilməsi parlamentdə müzakirəyə çıxarılır
# 22 aprel 2013 10:53 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda magistraturaya qəbul olmaq istəyən bakalavrlara hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı məsələ Milli Məclisin cari sessiyasında müzakirəyə çıxarılacaq.

Parlamentdən APA-ya verilən məlumata görə, bununla bağlı yenidən hazırlanan “Elm haqqında” qanuna və “Hərbi xidməti keçmə” haqqında qanuna dəyişikliklərin qəbul olunacağı gözlənilir.

Dəyişikliklərlə bağlı verilən təkliflərdə möhlət hüququ bir neçə variantda təqdim olunur. Bura bakalavrlara magistraturaya imtahan vermək üçün möhlətin verilməsi, magistraturaya daxil olduqdan sonra belə bu pilləni başa vurana qədər (2 il) möhlət hüququnun verilməsi, o cümlədən magistr dərəcəsi alanların hərbi xidmətdən azad edilməsi təklifləri daxildir.

Magistrlərin birdəfəlik hərbi xidmətdən azad edilməsi ilə bağlı AMEA-dan və ali təhsil müəssisələrindən Milli Məclisə daxil olan təkliflər daha çoxdur. Səbəb elmi işlərin müdafiəsində, elm tədqiqat sahələrində gənclərin sayının getdikcə azalması göstərilir.

Layihənin may ayında Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR