MSK sədrinin müavini: “Seçkini müşahidə etməyə gələn qüvvələrin səhvlərimizi anlayışla qarşılamalarını gözləməməliyik”

MSK sədrinin müavini: “Seçkini müşahidə etməyə gələn qüvvələrin səhvlərimizi anlayışla qarşılamalarını gözləməməliyik”
# 17 noyabr 2014 08:33 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Seçki prosesinin bütün mərhələlərinin şəffaf keçməsi tək seçki komissiyasının üzvlərindən asılı deyil, seçkidə seçicilərin, seçkidə iştirak edən qüvvələrin sayı qədər subyektlər var”.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov MSK-nın bələdiyyə seçkiləri keçiriləcək seçki dairələrinin dairə seçki komissiyalarının trenerlər üçün keçirilən treninqdə söyləyib.

N.Məmmədov bildirib ki, seçki komissiyalarının üzvləri seçki günü daimi məsuliyyətli şəxslər kimi özümüzü hiss etməyə borcludur: “Demokratiya tarixinə malik olan xalqlarda seçki prosesi vərdiş, ənənə halına keçib. Azərbaycanda da elə adət-ənənələr var ki, bu sahədə qanuna belə ehtiyac yoxdur, bu adət-ənənələr müəyyən məsələləri tənzimləyir. Ancaq Azərbaycanla müqayisədə Qərb və daha inkişaf etmiş ölkələrdə seçki prosesi icra edilməsi baxımından yüksək səviyyədədir. Seçki prosesinin iştirakçıları maariflidirsə, seçki daha yüksək səviyyədə keçir. Pozuntusuz, ideal formada proses arzulamaq olar. Ancaq seçki prosesi böyük prosesdir, anlaşılmazlıqlar mümkündür. Əsas odur ki, seçki prosesinin iştirakçılarının hüquq və vəzifələrini nizama salmaq, pozuntuları zamanında aradan qaldırmaq mümkün olsun. Bu səlahiyyət seçki komissiyalarına məxsusdur. Biz seçki prosesinin demokratik keçdiyini müşahidəçilərə dedirtmək məcburiyyətindəyik. Seçki prosesini müşahidə etmək istəyən qüvvələr səhvsiz fəaliyyət göstərəcəyimizə o qədər də inanaraq gəlmirlər. Seçkini müşahidə etməyə gələn qüvvələrin səhvlərimizi anlayışla qarşılamasını gözləməməliyik. Sübut etməliyik ki, iddia etdiyimiz münasibətə layiqik”.

MSK sədrinin müavini qeyd edib ki, son illər Azərbaycanda seçki praktikası böyük uğurlar qazanıb: “Azərbaycanda seçki dairələri üzrə 250-yə qədər trener var. Trenerlər məntəqə seçki komissiyalarının maarifləndirilməsində önəmli rol oynayır. Açıq deyək ki, tələb yüksəkdir. Tələb o qədər yüksəkdir ki, bizə səhv etmək şansı vermir. Biz sizin uğurlarınıza sevinir, uğursuzluqlarınıza ağlayırıq. Dövlətimiz, seçki prosesində iştirak edən qüvvələr bizə etibar edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR