ABŞ-ın Ferqüson şəhərində saxlanılan etirazçıların sayı 140 nəfərə çatıb

ABŞ-ın Ferqüson şəhərində saxlanılan etirazçıların sayı 140 nəfərə çatıb
# 11 avqust 2015 17:54 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Ferqüson şəhərində ötən gecə keçirilən etiraz aksiyaları zamanı daha 23 nəfər saxlanılıb və beləliklə son sutka ərzində saxlanılan etirazçıların sayı ümumilikdə 140 nəfərə çatıb.

Məlumata görə, 64 etirazçı magistral avtomobil yolunu bağlamağa cəhd etdikdə, 57 nəfər isə Sent-Luisdəki federal məhkəmənin qarşısında aksiya keçirərkən saxlanılıblar. Qarşıdurma zamanı etirazçılar polisi daş-qalaq edib, asayiş keşikçiləri isə gözyaşardıcı qazdan istifadə edib.

Saxlanılan şəxslərin əksəriyyəti inzibati xətaya yol verməkdə ittiham edilir.

Qeyd edək ki, Ferqüsonda bir il əvvəl polis tərəfindən qətlə yetirilən 18 yaşlı qaradərili Maykl Braunun xatirəsinə aksiyalar keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR