Azərbaycan taekvondoçuları dünya birinciliyinin ilk günündə 3 medal qazanıblar

Azərbaycan taekvondoçuları dünya birinciliyinin ilk günündə 3 medal qazanıblar
# 25 iyul 2014 06:33 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, yarışa 18 idmançı ilə qatılan yığmamız ilk gündə 2 gümüş və 1 bürünc medal qazanıb.

Təmsilçilərimizdən Minayə Əkbərova (29 kq) və Məhəmməd Əlizadə (33 kq) yalnız finalda uduzaraq, ikinci yerlə kifayətləniblər. Yarımfinal səddini keçə bilməyən Nərgiz Mirzəyeva (37 kq) 3-cü yeri tutub.

İlk gündə mübarizəyə qoşulan digər taekvondoçularımızdan Sevda Pirseyidova (33 kq) və Xəyyam Qasımov (37 kq) isə birinci döyüşlərində məğlub olublar.

Qeyd edək ki, bu gün komandamızın daha beş üzvü - Diana Hacəliyeva (33 kq), Aytən Süleymanova (44 kq), Aqşin Abdulov (41 kq), Həsən Həsənov (45 kq) və Ruslan Babayev (49 kq) gücünü yoxlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR