“ABŞ ordusu Xarq adası və Cask şəhəri yaxınlığında İrana aid neft tankerlərini hədəfə alıb”.
Bu barədə ABŞ rəsmilərinə istinadən “Fox News” məlumat yayıb.
“Hazırkı zərbələr yeni bir mərhələnin başlanğıcını təmsil etmir. Lakin İran iqtisadiyyatını çökdürmək üçün davam edən səylərin bir hissəsidir”, - ABŞ rəsmisi deyib.
“Wall Street Journal” isə mənbələrə istinadən hücumun İranın dünən, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini hədəf almasına cavab olduğunu yazıb.
Qəzetin mənbələri İranın dünən başlatdığı hücumlarda heç bir ABŞ gəmisinin vurulmadığını bildirib.